Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edildi

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib. Bununla bağlı qərarı Ukrayna prezidenti Petr Poroşenko imzalayıb.

Həmçinin Ali Radanın deputatı İqor Mosiyçuk da bununla  bağlı məlumat yayıb.

Saakaşviliyə 2015-ci ilin may ayının 30-da Ukrayna vətəndaşlığı verilib. Həmin gün o Odessa vilayətinin qubernatoru təyin edilib.

Saakaşvili hazırda ABŞ-dadır.

azadlıq.info