Avropanın bəzi ölkələrində əvvələr həbsxana kimi fəaliyyət göstərən binalar qonaq evinə çevrilib. Ancaq həmin hotellərdə xüsusi həbsxana kameralar da yaradılıb. Turizm.fins.az həmin hotellərin qiymətlərini araşdırıb.
Alcatraz Hotel

Almaniyanın elə də böyük olmayan Kayzerslautern şəhərciyində turistlərə qəribə hotel, daha doğrusu, həbsxana təklif olunur. Hazırda “Alcatraz Hotel” adlanan bu yer 1867-ci ildən 2002 -ci ilə qədər həbsxana kimi fəaliyyət göstərib. Hazırda hoteldə 56 nömrə var. Burada adi otel nömrələri ilə yanaşı həbsxana kameralarını xatırladan otaqlar da var. Adi nömrələrdə qonaqlamaq 60 avro, kameralarda qonaqlamaq isə 40 avrodur.
Celica Art

20 ədəd həbsxana kamerası olan “Celica Art” hosteli Sloveniyada ən məşhurlardan biridir. Nömrələrin hər birində həm qapılarda, həm də pəncərələrdə dəmirdən barmaqlıqlar var. Həbsxana hostelə çevrilərkən burada dünyanın müxtəlif yelərindən gəlmiş 80-dən çox rəssam iştirak edib. Hosteldə ümumi otaqlarda qonaqlamaq 24 avro, ayrı otaqlarda qalmaq isə 60 avrodur.
Malmaison Oxford

Bu hotel Böyük Britaniyada Oxford şəhərinin mərkəzində yerləşir. Əvvəlllər həbsxana kimi fəaliyyət göstərən bu yer 12-ci əsrdən işə başlayıb. Hazırda müştərilərə 95 nömrə, restoran və bar təklif olunur. Bu oteldə qonaqlama isə minumum 172 avroya başa gələcək.
Hotel-Brasserie Au Violon

Hotel kimi fəaliyyət göstərən yerlərdən biri də İsveçrənin Bazel şəhərindəki “ Hotel-Brasserie Au Violon” mehmanxanasıdır. Burada bir nəfərin bir gecə qonaqlaması 145 dollardır.
Erlebnishotel Jailhotel

“Erlebnishotel Jailhotel” İsveçrənin Lyuçerne şəhərində yerləşir. Hazırki hotel 1862-ci ildən 1998 -ci ilə kimi həbsxana kimi fəaliyyət göstərib. Hoteldə bir gecə qonaqlama 60 dollara başa gəlir.
Karosta Hotel

Karosta həbsxanası 1905-1997-ci illərdə həbsxana kimi istifadə olunub. Amma bundan əvvəl hospital olub. Həbsxanada əvvəl inqilabçıları, daha sonra çar ordusunun dənizçilərini və daha sonralar alman dezertirlərini dustaq ediblər. Latviyanın Lieoeya şəhərciyində yerləşən bu hoteldə qonaqlamaq 17 avrodur.
Katayanokka Hotel

Finlandiyanın Helsinki şəhərində yerləşən “Katayanokka hotel” də turistlərin diqqətini cəlb edən yerlərdəndir. Əvvəl həbsxana kimi fəaliyyət göstərən Katayanokka I Pyotrun əmri ilə tikilib. Hazırda mehmanxanada 4 növ otaq olmaqla, günü 100 avrodan turistlərə təqdim olunur. Bu qiymətə səhər yeməyi də daxildir.
Långholmen Hotel

otel İsveçin Stokholm şəhərində yerləşir. Həbsxana ölkə tarixində ən böyük cəza çəkmə məntəqəsi hesab olunur. Belə ki, həbsxanada 500-dən çox kamera var. Hətta həbsxanada ölüm hökmü də yerinə yetirilib. Hazırki hotel 1975-ci ilə kimi həbsxana olaraq fəaliyyət göstərib. Burada hətta müştərilərə həbsxana geyimləri də verilir. Hoteldə bir gün qonaqlamaq 25 avrodur.
Lloyd Hotel

Mehmanxana Hollandiyanın Amsterdam şəhərində yerləşir. Hotel 2-ci dünya müharibəsi başlayandan 1963-cü ilə kimi həbsxana olub. Daha sonralar azyaşlılar üçün cəzaçəkmə yeri olub. Mehmanxanada hər cibə uyğun nömrələr var. Belə ki, burada otaq qiymətləri 60-143 avro arasında dəyişir.

