Muzeylər kafe və restoranlara çevriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının muzeylərinin hansı sahibkarlıq fəaliyyət növləri ilə məşğul ola biləcəyi açıqlanıb.

Yeni qaydaya əsasən, muzeylər fəaliyyətlərinin genişləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi və işçilərinin əməyinin stimullaşdırılması məqsədilə 16 ödənişli xidmət üzrə sahibkarlıq fəaliyyəti həyata keçirəcəklər.

Həmin xidmətlər pullu giriş, ekskursiya xidməti, muzeylər tərəfindən sifarişlərə əsasən foto və videoçəkilişlərin aparılması, fondlardakı sənədlərin və şəkillərin surətlərinin çıxarılması, tərcümə, redaktə, məsləhət və digər yaradıcı xidmətlərin göstərilməsi, şəxsi əşyaların bərpası, fondlardakı materiallar haqqında sorğulara izahların hazırlanması, konsert, yubiley, bayram və digər kütləvi tədbirlərin keçirilməsi, sərgi-yarmarkaların təşkili, hərraclar, suvenirlərin satışı üzrə mağazaların fəaliyyəti, xüsusi tədris kurslarının, təlim, treninq və ustad dərslərinin təşkili, kafe, restoran fəaliyyəti, mühazirələrin oxunması və elmi seminarların keçirilməsi, dərnəklərin və məşğələlərin təşkili, mətbəə məhsullarını hazırlamaq, nəşr etmək və satmaq, xronikal və bədii sujetlərin, filmlərin hazırlanması və tirajlanmasıdır.

Tərcümə, redaktə, məsləhət və digər yaradıcı xidmətlərin göstərilməsi və xronikal və bədii sujetlərin, filmlərin hazırlanması və tirajlanması xidmətlərinin göstərilməsi üzrə nəzərdə tutulmuş fəaliyyət növlərinə görə haqlar isə muzeylərlə fiziki və hüquqi şəxslər arasında bağlanmış mülki hüquqi müqavilələr əsasında müəyyən ediləcək.

MUZEYLƏRİN HƏYATA KEÇİRDİYİ SAHİBKARLIQ FƏALİYYƏTİ NÖVLƏRİ VƏ QİYMƏTLƏRİ

 

Pullu giriş
7 yaşdan 18 yaşadək şəxslər üçün 3,00 AZN
18 yaşından yuxarı şəxslər üçün 5,00 AZN
Qeyd: Şəhid ailəsinin üzvlərinə, Qarabağ müharibəsi veteranlarına və 70 yaşından yuxarı vətəndaşlar üçün giriş pul­suzdur.
Ekskursiya xidməti
7 yaşdan 18 yaşadək şəxslər üçün 1,00 AZN
18 yaşından yuxarı şəxslər üçün 2,00 AZN
Muzeylər tərəfindən sifarişlərə əsasən foto və videoçəkilişlərin aparılması
Foto şəkillərin çəkilməsi 20 AZN
Video çəkilişlərin aparılması 40 AZN
Fondlardakı sənədlərin və şəkillərin surət­lə­ri­nin çıxarılması və qiymətləri
Sənədlərin surətlərinin çıxarılması: A4 formatlı 1səh. 0,04 AZN
Skanlama: A4 formatlı 1səh. 0,05 AZN
Skanlanmış sənədin diskə köçürülməsi 0,40 AZN
Şəkillərin surət­lə­ri­nin çıxarılması 0,60 AZN

 

Azadliq.info