Bakıda İtaliya vətəndaşını maşın vurub

Bakıda naməlum avtomobil əcnəbi qadını vurub.

Hadisə Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsində baş verib. Hələlik markası və nömrəsi müəyyən edilməmiş avtomobil İtaliya vətəndaşı, 1969-cu il təvəllüdlü Sabrina Roççini vurub. Qadın xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Qəzanı törədən sürücü axtarılır.