YapıKredi Bankın problemli kreditləri kəskin artıb

YapıKredi Bank Azərbaycan 2017-ci ilin 2-ci rübünə dair hesabatını açıqlamışdır.

Hesabata əsasən, bankın kredit portfeli bir rüb ərzində 22 mln. manat azalaraq 190 mln. manata düşmüşdür. Kredit portfelinin azalması vaxtı keçmiş kreditlərin portfeldə xüsusi çəkisinin artımasına gətirib çıxarmışdır. Hazırda bankın kredit portfelinin 26% problemli kreditləridir.