Türkiyədən Azərbaycana ixrac 60 faiz azalıb

Bunun başlıca səbəbi Azərbaycandakı ağır iqtisadi böhrandır

2016-cı ildə Türkiyədən Azərbaycana 1,3 milyard dollarlıq ixracat əməliyyatı olub.

Bu barədə Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfəngçi deyib.

O bildirib ki, 2013-2014-cü illərdə bu rəqəm 3 milyard dollar, 2015-ci il də 2,1 milyard dollar təşkil edib, 2016-cı ildə isə 1,3 milyard dollara qədər azalıb.

Nazir qeyd edib ki, hər iki ölkə ticarət əlaqələrini böyütməkdə maraqlıdır, bu istiqamətdə birgə əməkdaşlıq edir, böyük ortaq layihələr həyata keçirir. Artıq 2017-ci ildə qarşılıqlı ticarət əlaqələrində artım müşahidə olunur.