Fövqəladə Hallar Nazirliyi ləğv olunur?

“İyulun 18-də bəzi saytlarda Fövqəladə Hallar Nazirliyinin ləğv olunacağı və nazirliyin rəhbərliyinin istefası ilə bağlı heç bir əsası olmayan məlumatlar yer alıb”.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

“Bu məlumatlar həqiqətə uyğun deyil, tamamilə əsassızdır”, – deyə mətbuat xidmətindən bildirilib.