Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 18-də Şəmkirdə vətəndaşları qəbul edib.
Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.
Daşkəsən sakinləri milli kətə və fəsəli festivalının keçirilməsi ilə bağlı nazirə müraciət ediblər.