ABŞ Fars körfəzində lazer silahını sınaqdan çıxarıb VİDEO

Birləşmiş Ştatların hərbi-dəniz qüvvələri Fars körfəzində lazer silahını sınaqdan çıxarıb.

СNN-in məlumatına görə, sınaq zamanı havaya buraxılmış pilotsuz qurğu vurulub.

Qiyməti 40 milyon dollar olan silahın bir atışı ABŞ-a bir dollara başa gəlir.

Lazer sistemi qitələrarası ballistik raketlərdən 50 min dəfə daha sürətli hərəkət edir və hədəfi işıq sürətiylə məhv edə bilir. Səssiz rejimdə işləyən silahı xüsusi avadanlıqlar olmadan görmək mümkün deyil.

Telekanalın məlumatına görə, silah sınaq üçün nəzərdə tutulmayıb və istifadəyə tam hazırdır.

Hazırda ABŞ hərbi-dəniz qüvvələrinin raketləri vurmaq gücündə olan ikinci nəsil lazer silahları üzərində işlədiyi də bildirilir.

Gültəkin