Novruz Məmmədov Sovet İttifaqının böyük tərəfdarı imiş
Bu gün beynəlxalq münasibətlərdə uğurlardan danışmaq çətin və mürəkkəbdir, çünki dünya Varşava Müqaviləsinin fəaliyyətinin dayandırılmasından sonra ədalətli prinsiplərini saxlaya bilməyib.
Bunu prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov RİA Novosti agentliyinə müsahibəsində deyib.
N.Məmmədov qeyd edib ki, dünyanın belə olmasına səbəb ədalətin mövcud olmamasıdır: “Varşava Müqaviləsindən sonra dünya ədalət prinsiplərini saxlaya bilmədi. Əgər beynəlxalq münasibətlərdə ədalət yoxdursa, universal dəyərlərdən danışmağın nə mənası var?”.
Varşava Müqaviləsi 1955-ci ildə SSRİ-nin Avropadakı sosialist bloku dövlətləri ilə NATO-ya qarşı yaratdığı hərbi ittifaq idi. SSRİ-də, xüsusən də Mərkəzi və Şərqi Avropa ölkələrində baş verən dəyişikliklər nəticəsində 1991-ci ilin 1 iyulunda Varşava Müqaviləsi ittifaqı fəaliyyətini dayandırdı.