Yaponiyanın “Fuci Optikal” şirkətinin görmə qabiliyyətinin müayinəsi üzrə tanınmış alimi, doktor Akio Kanainin rəhbərlik etdiyi optometrist mütəxəssislər tərəfindən Şəkidə məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün bir gün əvvəl başlanılan ödənişsiz göz müayinəsi və eynək paylanışı humanitar kampaniyası iyulun 15-də davam etdirilib.
Aksiyanın üç gün davam edən Mingəçevir mərhələsində və iyulun 14-də Şəkidə ümumilikdə, 2143 nəfər ödənişsiz göz müayinəsindən keçib, onlardan 1966 nəfərinə eynək paylanılıb. Bundan əlavə, 78 məcburi köçkün üçün Yaponiyada xüsusi eynək hazırlanacaq və yaxın aylar ərzində Azərbaycana gətirilərək sahiblərinə çatdırılacaq.
Fuci Optikal” şirkəti bu il təşkil edilən humanitar aksiya zamanı 4 min eynək paylayacaq, eşitmə ilə əlaqədar digər əşyaları ianə edəcək. Kampaniya çərçivəsində ümumilikdə, 2500-dək məcburi köçkün, qaçqın və digər həssas qruplardan olan insanların müayinəsi nəzərdə tutulur.
Humanitar aksiya iyulun 17-də Bakıda davam etdiriləcək.