ABŞ-dan SOCAR-a bəd xəbər

Standard & Poor`s” (S&P) beynəlxalq reytinq agentliyi SOCAR-ın “BB” səviyyəsində olan uzunmüddətli korporativ kredit reytinqini “CreditWatch Negative” siyahısına daxil edib.

Təşkilatın yaydığı açıqlamaya görə, SOCAR-ın reytinqinin “CreditWatch Negative” siyahısına daxil olması bəzi qeyri-müəyyənliklərlə bağlıdır.

Əsas qeyri-müəyyənlik SOCAR-ın maliyyə göstəricilərində 2016-cı ildə müşahidə olunan mənfi dinamikanın dövlət dəstəyi nəticəsində bu il əks istiqamətdə dəyişib-dəyişməyəcəyi ilə bağlıdır.

S&P SOCAR-ın maliyyə siyasətinin və dövlət şirkətinin rəhbərliyinin əsaslı xərclərə, likvidliyin idarə olunmasına və ticarət əməliyyatlarına yanaşmasının qeyri-müəyyən olduğunu bildirir.

Azadliq.info