Faiq Əmirlinin məhkəməsi yenə təxirə salındı VİDEO

Bu gün Səbayel rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə beş şahid ifadə verib. Proses iyulun 17-də saat 12.00-a qədər təxirə salınıb.