Bankların kredit qoyuluşu kəskin azalıb

01.06.2017-ci il tarixinə bankların kredit qoyuluşları 14 milyard 394.8 milyon manat təşkil edib.

Mərkəzi Bankın statistikası göstərir ki, sonuncu dəfə kredit qoyuluşları bu səviyyəyə yaxın 2013-cü ilin sentyabr ayında qeydə alınmışdı. 01.10.2013-ci il tarixində bankların kredit qoyuluşları 14 milyard 401 milyon manat təşkil etmişdi. 2017-ci ilin May ayında kredit qoyuluşları 659,6 milyon manat, 2017-ci ilin 5 ayı ərzində isə 1 milyard 576 milyon manat azalıb.