Azərbaycanlı Nüsrət Məmmədovun Qırğıstan prezidentliyinə namizədliyi qeydə alınıb. Bu barədə məlumat Qırğızstanın Mərkəzi Seçki Komissiyasının saytında yayılıb.
Nüsrət Məmmədov Qırğızstan vətəndaşıdır və «Türkdilli Dövlətlərə Dəstək» adlı ictimai birliyin rəhbəridir. N.Məmmədovun namizədliyini bir qrup qırğız yazıçı və şair müdafiə edir. Onun MSK-da qeydə alınan rəsmi nümayəndəsi də Qırğızstan Yazıçılar Birliyinin üzvü Mukan Asanaliyevdir.
Xatırladaq ki, Nüsrət Məmmədovla Azərbaycanın oradakı səfiri Hidayət Orucovun arasında uzun müddət davam edən bir konfikt vardı. “Azadlıq”a daxil olan məlumatlarda təsdiq edilirdi ki, Hidayət Orucov hətta Nüsrət Məmmədovun haqqında Qırğıstanın Dövlət Təhlükəsizliyi Komitəsinə ərizə də yazıbmış.
azadliq.info