ABŞ prezidenti Donald Tramp ictimai media platforması “Twitter” istifadəçiləri tərəfindən məhkəməyə verilib.
Bir qrup istifadəçi Trampın onlara maneə törətdiyini idda edir. Columbia Universitetinə bağlı Knight First Amendment İnstitutu və 7 fərdi istifadəçi ərizələrində prezidentin şəxsi “Twitter” hesabında tənqid, istehza və ya etiraz tipli şərhlər yazdıqdan sonra əngəlləndiklərini bildiriblər.
İddianı qaldıranlar, Trampın davranışının ABŞ Konstitusiyasının ifadə azadlığını təmin edən 1-ci maddəsinə zidd olduğunu bildirirlər.
azadliq.info