Bakının Qaradağ rayonu ərazisində 4 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə Ələt-Astara magistral yolunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza üç avtomobilin toqquşması nəticəsində baş verib. Yol ilə hərəkətdə olan “Kamaz” markalı qoşqulu yük maşınının sürücüsü yuxulayaraq öndə gedən digər “Kamaz”a, ən sonda gələn “Mercedes” markalı mikroavtobus isə qoşqulu yük maşınına arxadan çırpılıb.
Mikroavtobusun sürücüsü Elturan Fərəcov “Report”a bildirib ki, nəqliyyat vasitəsində onunla birgə ümumilikdə 9 nəfər olub.
Bildirilir ki, qəzada ölənlərin hamısı Astara rayonunun Səncərədi kənd sakinləridir. Onlar Dağıstana işləməyə gedirmiş.