İŞİD Әl-Bağdadinin ölümünü tәsdiqlәyib

İraqda yayımlanan El-Sumaria televiziyası Ninovadan adını açıqlamadığı mәnbәyә istinad edәrәk verdiyi xәbәrdә bildirilir ki, İŞİD terror tәşkilatı İŞİD lideri Әl-Bağdadinin öldüyünü tәsdiqlәyib.

Mәnbәnin bildirdiyinә görә İŞİD üzvlәri Bağdadinin ölümünü vә yeni xәlifәnin elanı üçün qısa açıqlama veriblәr.

Qeyd edәk ki, tәxminәn bir ay öncә Rusiya Bağdadinin 28 mayda Raqqaya edilәn hava hücumu zamanı öldüyünü bildirmişdi. ABŞ rәhbәrliyindәki İŞİD-lә mübarizә koalisiyasının sözcüsü polkovnik Ryan Dillion isә ölüb ölmәdiyinә dair әllәrindә sübut oladığını açıqlamışdı.

Azadliq.info