Tramp Putini təkzib etdi: “Bu mümkün deyil!”

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Moskva ilə Vaşinqtonun kibertəhlükəsizliklə bağlı birgə işçi qrupu yaradacağına dair bəyanatını təkzib edib.

Tramp bildirib ki, Putinlə görüş zamanı kibertəhlükəsizlik qrupu barədə müzakirə aparıblar. Amma bu o demək deyil ki, həmin qrupun yaradılmasına razılıq verib.

“Bu mümkün deyil!”, – deyə Tramp “Twitter” hesabında yazıb.

Qeyd edək ki, Trampla Putinin ilk rəsmi görüşü iyulun 7-də G20 sammiti çərçivəsində Hamburqda baş tutub.

Gültəkin