Avropa Birliyi Suriya ilə bağlı çağırış etdi

Avropa Birliyi (AB) Suriya ilə bağlı çağırış edib.

Qurumun rəsmisi Federika Moqerini bəyan edib ki, Suriyanın cənub-qərbində atəşkəslə bağlı ABŞ, Rusiya və İordaniya arasında əldə olunan razılaşmanın ardınca bütün ölkə ərazisində vətəndaş müşharibəsinə son qoyulmalıdır.

Moqerininin fikrincə, hərbi əməliyyatların dayanması və hümanitar yardımın maneəsiz çatdırılması Cenevrədə bu gün davam edəcək Suriya danışıqlarına da müsbət təsir edəcək.

O, BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Staffan Misturaya bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə çağırıb. Və Suriyada milli barışığın əldə olunması üçün Avropa Birliyinin səylərini əsirgəməyəcəyini bildirib.

 

 

Gültəkin