Tillerson Tramp-Putin görüşünün əsas məqsədini açıqladı

“Biz hələ yolun başındayıq. Hazırda Rusiyanın ABŞ-la münasibətlərdə əsas məramının nə olduğunu demək çətindir. Bu görüşün əsas hədəfi prezidentlər Donald Tramp və Vladimir Putinin ölkələrimiz arasında münasibətləri necə gördüklərini müzakirə etməyə imkan yaratmaqdır”.

Bunu ABŞ dövlət katibi Reks Tillerson ABŞ və Rusiya prezidentlərinin sabahkı görüşü ilə bağlı açıqlamasında deyib.

Qeyd edək ki, Trampla Putin iyulun 7-də G20 sammiti çərçivəsində Hamburqda görüşəcəklər.

Gültəkin