Aleksandr Lapşinin anası məhkəməyə çağırılmayacaq.
Bu barədə Trend-ə açıqlamasında A.Lapşinin vəkili Eduard Çernin deyib.
Vəkil bildirib ki, A.Lapşinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesinə anasının çağırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Məhkəmə Lapşinin anasının şahid qismində prosesə çağırılması barədə qərar qəbul etməyib. Ona görə də Lapşinin anası məhkəmədə ifadə verməyəcək”.