Qadağan olunmuş ərazidəki balıqçı qayıqları kimindir? FOTO

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı feysbuk səhifəsində Neft Daşlarının ərazisinə daxil olan balıqçı qayıqlarının fotolarını yayıb. Hüquq müdafiəçisi strateji əhəmiyyətli obyektlərin ərazisində belə hadisələrin baş verməsini təhlükəsizlik baxımından yolverilməz hesab edir:

“Hüquq mühafizə orqanlarının və FHN-nin diqqətinə!

Şəkildə gördüyünüz balıqçı qayıqları demək olar ki,hər gün SOCAR-n strateji əhəmiyyətli obyekti olan Neft Daşlarının ərazisindədir. Güclü “toxunulmazlıqlar”ı olsa da , düşünürəm ki,ərazinin baş verə biləcək hər hansı təhlükədən qorunması üçün ,kimin biznesi olmağından asılı olmayaraq balıqçı qayıqlarının strateji əhəmiyyətli əraziyə girmələrinin qarşısı alınmalıdır”.