Amerika Müsətqillik Gününü qeyd edir

Birləşmiş Ştatlar hər il iyul ayının 4-ü doğum gününü qeyd edir. Bayram paradlar, pikniklər, atəşfəşanlıq və konsertlərlə müşayiət olunur.

4 iyul ABŞ-ın Tomas Cefferson, Benjamin Franklin və Con Adams kimi tarixi şəxsiyyətlərinin yad edildiyi gündür.

Vaşınqton şəhərinin Milli Parkında hər il olduğu kimi 4 iyul günü münasibətilə təntənələr keçirilir. İyulun 4-dü konsertdən sonra atəşfəşanlıq paytaxtın səmasını işıqlandıracaq.

Bu atəşfəşanlıq amerikalıların birləşərək Britaniyanın müstəmləkəsindən ayrılıb, yeni dövlət uğrunda mübarizəsinə işarədir. Lakin 6 aydan az bir müddətdir vəzifəsinin icrasına başlayan Donald Tramp administrasiyasının siyasi məsələlər və insanlar arasında yaratdığı nifaq amerikalıların narahatlığına səbəb olub.