ABŞ dövlət katibi Ukraynaya səfər edəcək

ABŞ-ın dövlət katibi Reks Tillerson iyulun 9-da Ukraynaya səfər edəcək.

Ukrayna mətbuatının xəbərinə görə, bu, 2-2,5 saatlıq qısa səfər olacaq.

Qeyd edək ki, iyun ayında Ukrayna prezidenti Petro Poroşenko Vaşinqtonda R.Tillerson ilə görüşdə ona ABŞ-ın Ukraynanın şərqindəki münaqişənin həllinə daha fəal cəlb edilməsi ilə bağlı variantlar təqdim edib.