Yunanlar Türkiyə gəmisini atəşə tutdu

Yunanıstanın Sahil Təhlükəsizlik Xidmətinin qayıqları Egey dənizində Türkiyə bayrağı altında üzən yük gəmisinə atəş açıb. Bu barədə bu gün NTV telekanalı xəbər verib.

Məlumata görə, yük gəmisinə 40-dək güllə dəyib. Hadisə yerinə Türk Sahil Təhlükəsizlik Xidmətinin qayığı göndərilib.

Xəsarət alanlar barədə məlumat daxil olmayıb.