Səudiyyə Ərəbistanında çıxan “Əl-Cəzirə” qəzetinin köşə yazarı kral Salmanı yalnız Allaha xas ifadələrlə təriflədiyindən müvəqqəti olaraq, işdən azad edilib.
BBC-nin məlumatına görə, jurnalist kralın istəyi ilə cəzalandırılıb.
İnformasiyaya əsasən, jurnalist kralı Allahın 99 adından 22-cisi “əl-Həlim” (xoşrəftar) və “şadid əl-ikab” (şiddətli cəza verən) yazaraq, mədh edib.
Düzdür “şadid əl-ikab” Allah sifətlərindən sayılmasa da, bu ifadə ənənəvi Allahsızlığı təsvir edən epitetlərdən sayılar. Krallıq qaydalarına əsasən, hər iki ifadənin insanlara aid edilməsi arzuedilən deyil.
“Əl-Cəzirə” qəzetinin məşhur “Al-Jazeera” holdinqi ilə heç bir əlaqəsi yoxdur.