Bakıda 16 yaşlı qız özünü qala divarından atıb

Bakının mərkəzində 16 yaşlı qız intihara cəhd edib. Hadisə Səbail rayonu, Kiçik Qala küçəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü F.İ. intihar məqsədi ilə özünü qala divarından yerə atıb. Yaralı çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.