Rusiyanın “Qazprom” şirkətinin saytında maraqlı xəbər yayılıb. Ona görə maraqlı deyirik ki, bu xəbər Azərbaycanla bağlıdır.
Xəbərdə bildirilir ki, Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller SOCAR prezidenti Rövnəq Abdullayevlə Sankt-Peterburq şəhərində görüşüb.
Məlumatda Rusiya şirkətinin Azərbaycana qaz tədarükü məsələsinin müzakirə olunduğu bildirilir.
Məsələnin maraq doğuran tərəfi odur ki, Azərbaycan rəsmiləri ölkəmizin Avropanın qaz təchizatında ciddi rol oynamağa hazırlaşması haqqında tez-tez gurultulu bəyanatlar verirlər. Hər il Avropaya xeyli həcmdə qaz verməyə hazırlaşan ölkənin Rusiyadan qaz almağa çalışması ən azı çox qəribə görünür.