Azərbaycanın xarici dövlət borcu illik müqayisədə 448,7 mln. dollar və ya 6,0% azalaraq 2017-ci il aprelin 1-nə 7,0 mlrd. ABŞ dollarına (11,9 milyard manat) bərabər olub.
İmzalanmış sazişlər üzrə istifadə edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 18,1%-ni təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 713,5 dollar olub.
Bununla yanaşı qeyd olunur ki, 2017-ci il aprelin 1-nə dövlətin daxili borcu 7 mlrd. manat təşkil edib. Beləliklə, dövlətin xarici və daxili borcu birlikdə 18,9 milyard manatdır.