ABŞ Əsədə xəbərdarlıq etdi, cavab Rusiyadan gəldi

 “ABŞ-ın təhdidləri qəbul edilə bilməz”

Bunu Kremlin sözçüsü Peskov, ABŞ-ın Əsəd rejiminin yeni kimyəvi hücuma hazırlaşdığı haqda xəbərdarlığından sonra jurnalistlərə açıqlamasında  bildirib.  Peskov əllərində Əsəd rejiminin kimyəvi hücuma hazırlaşdığı haqda kəşfiyyat məlumatları olmadığını deyib:

“ABŞ-ın nəyə əsaslanaraq belə bir xəbərdarlıq etdiyini bilmirik. Əlimizdə yeni hücuma hazırlıqla bağlı heç bir dəlil yoxdur. Qanuni Əsəd rejiminə  istiqamətli bu təhdidlər qəbledilməzdir”,-deyə bildirib.

ABŞ-ın xəbərdarlığının ardından Əsəd Rusiyanın Lazkiyədə yerləşən hərbi hava bazasını ziyarət edib.

Əsədi Hmeymim hava bazasında Rusiya baş qərargah rəisi Valeriy Gerasimov qarşılayıb.

 

 

azadliq.info