Skandinaviya ölkələrinin sosial siyasəti

 

Fəxrəddin Mehdiyev

Bu yaxınlarda “Alatoran” nəşriyatında çap olunmuş vəkil Fəxrəddin “Mehdiyevin   Siyasi    sistemin  İsveç-Skandinaviya  modeli”  kitabından təqdimatı davam etdiririk. Bu dəfəki mövzu Skandinaviya ölkələrinin sosial siyasətinə uğur gətirən modellərin xarakterizə olunması haqdadır.

Müasir sosial siyasət modelləri  dövlətin  sosial  iqtisadi sahəyə müdaxiləsinin və eləcə də   vətəndaşların sosial müdafiəsinin səviyyəsi üzrə fərqlənir.

Ədəbiyyatda sosial siyasət modelərinin növləri  və onların xarakteriçkası mövcuddur: Sosialist modeli, bazar sosial modeli,  sosial yönümlü bazar təsərüfatı modeli, ümumrifah dövləti və İsveç sosial siyasət modeli.

Sosialist modelinin  əsas xusuiyyətləri dövlətin  sosial iqtisadi vəziyyətə görə öz vətəndaşlarının  qarşısında tam məsuliyyəti, bütün əmtəə və xidmətlərin istehsalı və bölgüsü üzərində  dövlət monopoliyasına əsaslanır. Müsbət keyfiyyətləri ilə bərabər bu modelin  iqtisadi səmərəliliyi yüksək deyildi, çünki dövlət vətəndaşların rifahını təmin edə bilmirdi,  sosial  imtiyazlar və güzəştlər bürokratik elitaya məxsus olduğundan   əhalinin əsas hissəsinin  təminatı aşağa səviyyədə idi,  fərdlər dövlətin himayəsindən aslı olduğundan,   sosial azadlıqlar məhdudlaşdığından vətəndaşların  təşəbüskarlığı itirdi.

Bazar sosial modelində  isə  əsas prinsip sosial sahənin tənzimlənməsində bazar metodlarının üstünlüyüdür.  Bu model  bazar alətlərinin fəaliyyətinin genişlənməsi ilə, dövlət subsidiyalarının və dotasiyalarının minimum səviyyədə olması ilə, sosial sahənin dövlətsizləşdirlməsi ilə  xarakterizə olunur.

Bazar təsərüfatlı sosial yönümlü modelinin banisi Almaniyanın dövlət xadimi Lyudvik  Erxard hesab edilir. Həmin model azad rəqabət,  istehlak predmetlərinin azad  seçimi,  iqtisadi azadlıqların prioritetliyi prinsipinə əsaslanır. Eyni zamanda  dövlət  vergi siyasəti,  hüquqi  vasitələrlə   nemətlərin bölgüsünə  müdaxilə etməklə vətəndaşların  sosial  müdafiəsini yüksək səviyyədə təmin etməyə çalışır. Modeldə sosial vasitələrin bütöv bir sistemi mövcuddur. Həmin sistem əhalinin normal həyat səviyyəsini təmin edir.   Bu zaman dövlət vətəndaşların özlərinin həll edə biləcəkləri vəzifələri öz üzərinə götürmür.

İsveç modeli isə sosial sahənin yüksək səviyyədə tənzimlənməsi ilə  fərqlənir.  Ona görə bu modeli  bəzən İsveç sosializmi adlandırırlar.   Qeyd edildiyi kimi dövlət bazar təsərüfatını prioritetliyi şəraitndə vətəndaşların sosial sabitliyini təmin etmək fünksiyasını öhdəsinə götürür və sahibkarlar və vətəndaşlar  üçün yüksək vergilərlə də bu funksiya təmin edilir.

Ədəbiyyatda ümumrifah modelini xarakterizə edərkən bunun əsas məqsədi kimi həmrəyliyin möhkəmləndirlməsi  və bərabərliyin artılması hesab edirlər. Bu məqsədə yüksək keyfiyyətli  genis və  universal siyasətlə  nail olunur.

Skandinaviya rifah modeli aşağıdakı əlamətləri ilə xarkterizə olunur:  Ümumi  əhatə xarkteri ilə  bu sahədə  dövlət siyasəti geniş əhatlədir,   dövlət siyasəti əhalinin tam məşğulluğunun təmin olunmasına və işsizliyin qarşısının alınmasına yönəlmişdir (tam məşğulluq);  dövlət siyasəti müxtəlif gender, yaş,  sinifi, ailəvi, etnik, dini, regional və digər qruplar arasında bərabərliyin artılması məqsədini daşıyır (bərabərlik) ;  əsas sosial təminatlar hüquqi (natural və pul ifadəsində)  geniş  sosial  spektrlidir  (üniversallıq);   sosial xidmətlərin göstərilməsi  yüksək keyfiyyətə malikdir və bu  peşəkarlar tərəfindən təmin olunur (peşəkarlıq).

Və nəhayət, təminatın səxavətliliyi:  pul transferi normal həyat səviyyəsini təmin etməyə qadirdir. Sosial siyasətin  sahəsi  Skandinaviya rifah modelinin mahiyyətini başa düşmək üçün prinsipal əhəmiyyətə malikdir: ailə və uşağın sosial müdafiəsi, işsizlik ilə əlaqədar problemlərin həll edilməsi, ahılların sosial müdafiəsi.

Ailə və uşaqların sosial müdafiəsi bu  yalnız pul transeferi deyil,  eyni zamanda sosial xidmətləri  nəzərdə tutur. Qərbi avropanın rifah dövlətlərində ailə və uşaqlara kömək sistemində  pul köməyi sistemi inkişaf etmişdir. Skandinaviya da isə bu təkcə pul ifadəsində deyil, eyni zamanda sosial xidmətləri sisteminin genişləndirlməsi ilə xarkterizə olunur.  Bu isə gender bərabərliyinin, məşğulluğun,  iş və ailə həyatının əlaqələndirlməsi yollarının optimallaşması ilə təmin edilir.

İşsizlik probleminin həll edilməsi işsizlərə pul vəsaitnin verilməsi ilə bərabər iş əldə etmək xidmətlərinin təqdim edilməsi ilə həyata keçirilir.  İş əldə etmənin xidmətlərinə isə əmək bazarına daxil  olmaq üçün təhsil və ixtisas əldə etmənin dövlət proqramlarının təşkil edilməsi ilə təmin edilir.   Ahıllara, yaşlılara  qayğı sosial müdafiənin ən mühüm sahəsidir.  İsveçdə təqaüdlər Avropada ən yüksək təqaüdlərdir. İsveçdə  uşağın doğulması ilə əlaqədar  valideyinlər 480 gün müddətinə ödənişli məzuniyyət hüququna malikdir, uşağa xidmətlə bağlı olaraq ödənişli məzuniyyətin  maksimal ölçüsü hər gün üçün  874 İsveç kronudur. Ahıllar üçün  rahat və  əlverişli evlər təqdim edilir.  Müalicə dövlət hesabına həyata keçirlir. Bunun nəticəsidir ki,  İsveçdə uzun ömrlülük Avropa üzrə ən yüksək səviyyədədir və  80- 86 yaş təşkil edir.

Ümumiyyətlə,  İsveç sosial siyasətinin əsas prinsipi sosial həmrəylikdir. Sosial müdafiə üçün dövlətin xərcləri ÜDM də 40,05%dir.  Finlandiyada bu rəqəm 38,97%dir. Qeyd etmək lazımdır ki, bu göstərici üzrə İsveç dünyada birinci yerdə durur.  Müqayisə üçün deyək ki,  ÜDM-də  dövlətin sosial müdafiə xərcləri Yunanıstanda 19,79%,  Portuqaliyada 14,84%, İspaniyada 12,40%dir.

İsveçdə  qeyd edildiyi kimi vergilər mütərəqi dərəcə üzrə tutulur və orta əmək haqqının  üçdə birini təşkil edir.  Ölkədə ən aşağı əmək haqqı 9-10 min kron, ən yükəsk 40-50 min krondur.

Dövlət və ictimai fondlar  faktiki olaraq insanlar üçün  pulsuz təhsil və  səhiyyəni təmin edirlər.

Beləliklə,   Skandinaviya ölkələri  yüksək həyat səviyyəsinin təmin edilməsində onun uğurlu sosial siyasəti də böyük rol oynayır.