Azərbaycan millisi Ş.İrlandiyaya uduzdu

DÇ-2018-in seçmə mərhələsində 6-cı turun oyunları keçirilib.

Milli komandamız da bu gün növbəti matçına çıxıb.

Azərbaycan yığması Bakıda Şimali İrlandiya millisini qəbul edib. Bu görüşdə millimiz minimal hesabla məğlub olub – 0:1.

Bu qələbə ilə Şimali İrlandiya xalını 13-ə yüksəldib və 2-ci pillədəki yerini möhkəmləndirib. Millimiz isə 7 xalla 4-cü pillədə qalıb.

Millimiz Belfastdakı oyunda da Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzub.

Azərbaycan – Şimali İrlandiya – 0:1
Qol: Dallas, 90+2