Problemli kreditlər 1.6 milyarda çatdı

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il mayın 1-nə 1,594 mlrd. manat təşkil edib.

Bu, aprelin 1-i ilə müqayisədə 3,7 mln. manat və yaxud 0,2% çoxdur.

Problemli kreditlər ilin əvvəli ilə müqayisədə 121,4 mln. manat və yaxud 8,25%, son 1 ildə isə 212,7 mln. manat və yaxud 15,4% artıb.