İran terrora görә Sәudiyyәni ittiham etdi

İran Tehranda baş verən terror hücuma görə Səudiyyə Ərəbistanını ittiham edir.

İslam İnqilabı Keçikçiləri  Korpusunun yaydığı məlumata görə, İŞİD-in məsuliyyəti üzərinə götürməsi Səudiyyənin hücumda əlinin olmasını sübut edir.

Reuters-in məlumatına görə, İran ordu komandanının müavini də Səudiyyə Ərəbistanını terror aktında ittiham edib.

O bildirib ki, İran hakimiyyəti Tehrandakı hücuma görə terrorçulardan və onlara dəstək olanlardan qisas alacaq.

Xatırladaq  ki, Tehrandakı hücum nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.

Fizzə