Bülənt Arıncın kürəkəni həbs edildi

Keçmiş məclis başqanı və baş nazir köməkçisi Bülənt Arıncın kürəkəni Əkrəm Yetər, FETÖ əməliyyatları çərçivəsində saxlanılıb.

Ankaradakı evində həbs edilən  Yetər, bu gün prokurorluğa təhvil verilib.

Artıq Arınç həbslə bağlı açıqlama verib: “İnşallah ən qısa müddətdə bir xəbər alacağıq. Kürəkənimizə hər baxımdan güvənirik. FETÖ ilə əlaqəsinin olmadığına tam inanırıq”,- deyə Arınc bildirib.

azadliq.info