BP qapalı rejimlərlə işləmək təcrübəsini geri qaytarır

Transmilli şirkət korrupsiya ittihamları ilə üzləşə bilər

BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə koordinatoru Heri Cons bildirib ki, konsorsium Azərbaycanın Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə müqaviləni yeniləməklə bağlı danışıqlar aparır.

Kontrakt 2050-ci ilə qədər müddət üçün uzadıla bilər. Bu barədə niyyət müqaviləsi imzalanıb və müqaviləni Azərbaycan tərəfdən Rövnəq Abdullayev imzalayıb. Yaxın bir neçə ayda isə müqavilənin bəndləri hazırlanacaq.

BP-nin indiki danışıqları və niyyət protokolu Azərbaycanın Mədən Sənayesi üzrə Beynəlxalq Şəffaflıq Təşəbbüsü təşkilatından qovulduğu zamandan sonrakı mərhələyə təsadüf edir. Belə ehtimal yarana bilərmi ki, BP indiki mərhələdə qeyri-şəffaf və korrupsiyaçı rejimlərlə işləmək ənənəsini bərpa edir? Bu barədə ekspertlərin fikirlərini almağa çalışacağıq.

Azadliq.info