Londonda terror: 7 ölü, 47 yaralı FOTO

Şənbə günü gecə saatlarında Britaniyanın paytaxtı Londonda ən azı 47 nəfərin yaralanması və 7 nəfərin ölümü ilə nəticələnən terror aktını törədən 3 nəfər polis tərəfindən güllələnərək öldürülüb.

Yerli vaxta saat 22:00-da ağ yük maşını London körpüsündə piyada gəzənləri vurduqdan sonra, avtomobildən 3 kişi enərək yaxınlıqda yerləşən Borough Market-də (Borough bazarı) insanları bıçaqlamağa başlayıblar.

Polis 3 hücumçunun saxta bomba jiletlər geyindiklərini bildirib.

Bıçaqlıanaraq xəsarət alanlardan biri yaralılara kömək etməyə çalışan polis olub.

Mühafizəkar, Leyborist və Şotlandiya Milli Partiyası iyunun 8-i keçiriləcək seçki kampaniyalarını müvəqqəti olaraq dayandırıblar.


Xəritə
line break

Hazırda Baş nazir Theresa May hökumətin Cobra adlı fövqəladə hal komitəsinin iclasına başçılıq edir.

Şəhərin meri Sadiq Khan terror aktını “günahsız Londonlulara qarşı qəsdlə törədilən qorxaq hücum” adlandırıb.

Bu son üç ay ərzində Britaniyada baş vermiş 3-cü terror aktıdır. Bundan əvvəl mart ayında Westminster-də avtomobil və bıçaq hücumu 5 nəfərin ölümü ilə nəticələnib və iki həftə əvvəl Manchester şəhərində baş vermiş canlı bomba hücumunda 22 nəfər həyatını itirib.

Londonun Metropolitan Polis xidmətinin komissar müavini Mark Rowley hücumu yalnız 3 nəfərin törətdiyini və onların əyinlərində geyindikləri bomba jiletlərinin “saxta” olduqlarını deyib.

People leave attack area with hands up
Hücumçuların adi insanların arasında gizlənməyə cəhd etmə ehtimalına görə insanlar hadisə yerindən əlləri başlarının arxasında olaraq uzaqlaşdırılıblar.
People run down Borough High Street as police are dealing with a
Təhlükədən uzaqlaşmağa cəhd edən insanlar Borough High Steet küçəsi ilə qaçıblar.
Counter-terrorism specialist firearm officers were in attendance
Hadisə yerinə terrorla mübarizə xüsusi silahlı polis bölməsi də qəlib.
Ambulances on London Bridge
London körpüsündə xəsarət alanlara tibbi yardım göstərməyə çox sayda təcili yardım maşınları gəlib.