Gözәl Bayramlıya qarşı məhkәmә işgәncәsi başladı FOTO VİDEO

Gozel Bayramlinin apelyasiya məhkəməsi 2 iyun saat 15:00-a təxirə salındı.

Vəkillər Fəxrəddin Mehdiyev və Bəhruz Bayramov da Gözəl Bayramlının müdafiəsinə qoşuldu .

 

https://www.facebook.com/karimliali/videos/10154610140328848/

***

Bu gün Səbail Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçən prosesdə AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində çıxarılan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasıyla bağlı vəsatət qaldırılıb. G.Bayramlının vəkili kimi Zibeydə Sadıqova prosesdə iştirak edib.

Vəkil Zibeydə Sadıqova

Vəsatət onunla əsaslandırıb ki,  dövlət başçısının son sərəncamı ilə təqsirləndirilən şəxs barədə alternativ qətimkan tədbirlərinin seçilməsi göstərilib. Amma məhkəmə bunu nəzərə almayaraq həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməyib

azadliq.info