Avropada ən böyük qida israfçısı Hollandiya imiş

Dünyada təxminən 1 milyard insan yetərli səviyyədə qidalana bilmədiyi halda, hər il istehsal olunan 4 milyard ton qidanın 30-50%-i israf edilir. Avropa Komissiyası bu  məsələnin həll yollarını tapmaq üçün gələn həftə qida tullantıları mövzusunu gündəminə daşıyacaq.

Avropa Birliyinin 2020-ci ilə qədər qida israfının 20% azaldılması öhdəliyi var. AB qida tullantı miqdarının ildə adam başına 173 kiloqram, ümumilikdə isə 88 milyon ton olduğunu bildirir. Araşdırmalara görə ən yüksək qida tullantısı ildə adam başına 541 kiloqram olmaqla Hollandiyanın,  345 kiloqram olmaqla Belçikanın payına düşür. Sloveniya (72 kq)  və Rumıniya(76 kq)  qida tullantıları ən aşağı səviyyədə olan ölkələr sayılır.

 

azadliq.info