Avroliqada finalçılar müəyyənləşdi

Bu gün Avropa Liqasında finalçılar bəlli olub.

Finala vəsiqə uğrunda keçirilən yarımfinal oyunlarında “Mançester Yunayted” “Selta”nı, “Lion” isə “Ayaks”ı qəbul edib.

İlk oyunda rəqib meydanında 0-1 hesabı ilə qalib gələn “Mançester Yunayted” öz meydanında 1-1 hesablı heş heçə etməklə finala adlayıb.

Öz meydanında “Lion”u 4-1 hesabı ilə məğlub edən “Ayaks” təkrar oyunda 3-1  hesabı ilə məğlub olsa da, finala adlayan tərəf olub.

Qeyd edək ki, final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena”da keçiriləcək.

“Mançester Yunayted” (İngiltərə) – “Selta” (İspaniya) – 1:1
Qollar:
Fellaini, 17 (1:0), Ronkaqliya, 85 (1:1)
İlk oyun – 1:0

“Lion” (Fransa) – “Ayaks” (Hollandiya) – 3:1
Qollar:
Dolberq, 27 (0:1), Lakazet, 45-pen (1:1); 45+1 (2:1), Qezzal, 81 (3:1)
lk oyun – 1:4