ÇL: “Real” finalda

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə yekun vurulub.

6 gün əvvəl olduğu kimi, azarkeşlər yenə də Madrid derbisinə şahidlik ediblər.

Öz meydanında “Real”ı qəbul edən “Atletiko” ilk görüşdəki məğlubiyyətin əvəzini çıxıb – 2:1. Lakin Dieqo Simeonenin komandası səfərdə keçirilən görüşdə 0:3 hesabı ilə məğlub olduğundan bu qələbə yetərli olmayıb. İki oyunun nəticəsinə görə finala “Real” yüksəlib.

Qeyd edək ki, Zinəddin Zidanın komandası finalda “Yuventus”la qarşılaşacaq.

“Atletiko” – “Real” – 2:1
Qol: Saul Niqes, 12 (1:0), Antuan Qrizmann,16-pen (2:0), İsko, 42 (2:1)
İlk oyun – 0:3