İngiltərə Premyer Liqası: “Arsenal” Mançester Yunayted”ə qalib gəlib

Londonda İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində “Arsenal” komandası doğma meydanda “Mançester Yunayted”i qəbul edib.
Bu barədə komandanın saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, meydan sahibləri 3 dəqiqə ərzində rəqib komandanın qapısından 2 top keçiriblər. Belə ki, 54-cü dəqiqədə Caka, 57-ci dəqiqədə isə Denni Uelbek “Arsenal” azarkeşlərini sevindirib. Hər iki məhsuldar ötürməni Aleks Oksleyd-Çemberlen həyata keçirib.