CHP Yalova Millət vəkili Məhərrəm İncə partiyada təcili olaraq dəyişikliklərə ehtiyac olduğunu söyləyib. TBMM-də mətbuat konfransı keçirən İncə bunları deyib: İncə deyib: “Lütfən, partiyamızı yormayın. Ölkəmizi yormayın. “Normal qurultay” deyərək 8 aya qədər uzadıb müzakirəni uzatmayın. Dəyişim tələblərini qapatmağa çalışmayın. “Mən namizəd deyiləm, amma namizədi mən müəyyən edərəm” demək, “mən namizəd olsam, seçimi qazana bilmərəm” deməkdir. Bu anlayış məğlubiyyət ruhunun mənimsənildiyini göstərməkdədir. Bu vəziyyət yeni bir həyəcana ehtiyac olduğunu göstərir. Edilməsi lazım olan bəllidir. Dərhal seçkili fövqəladə qurultay keçirilməlidir. CHP sədri istədiyi zaman istədiyi adamı sədr müavini edirsə, ölkə başçısına “istədiyin valiyi istədiyin zaman vəzifədən alırsan” deyə bilmərik. Nümayəndələrdən qorxmamalıyıq. Mövcud nümayəndələr də bizim qardaşlarımızdır, yeni nümayəndələr də qardaşımızdır.”
İncə daha sonra mətbuat mənsublarının suallarını cavablayıb. “Normal qurultay müddəti davam edərsə, namizəd olacaqsınızmı?” sualına İncə belə cavab verib: ” Bura namizədlik açıqlaması yeri deyil. Onlar sonrakı işlərdir. Mən heç iddialarından imtina etmiş birinə bənzəyirəmmi?”
azadliq.info



