Rusiya hökuməti “qrin-kart”ın analoqunu yaratmaq istəyir. Bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Məlumata görə, Rusiyanın Kütləvi Kommunikasiyalar Nazirliyi bu kartların 2019-cu ildən istifadəyə verilməsini təklif edib.
Kartlar rus əsilli, rus dilini səlist bilən əcnəbilərə bu ölkəyə giriş və işləmək imkanının yaradılmasını nəzərdə tutacaq.
Bu ilin əvvəlində Rusiya Dumasının deputatı Vladimir Sısoev “Rus kartı” ilə bağlı yeni qanun layihəsinin hazırlandığı barədə açıqlama vermişdi.
Bu kartın sahiblərinə Rusiyada işləmək, pulsuz təhsil almaq, tibbi yardım və s. imkanların yaradılması təklif olunur. Onu keçmiş SSRİ vətəndaşları və onların yaxınları əldə edə bilər.
Lakin bu layihə də hələ ki Dumaya təqdim olunmayıb.
Gültəkin



