Fransa prezidentliyinə ən şanslı namizədlərdən olan Emmanuel Makron seçkidə qələbə qazanacağı təqdirdə Putinlə bağlı hansı mövqe tutacağını açıqlayıb.
Makron bildirib ki, bir neçə məsələ, eləcə də Ukrayna münaqişəsi və Suriya böhranı ilə bağlı Rusiya prezidenti ilə dialoq aparacaq. Lakin heç bir halda onun diktəsi ilə hərəkət etməyəcək.
“Bəzi regional məsələlərlə bağlı Putinlə danışıqlar masası ətrafında əyləşə bilərik. Lakin rəqibim Marin Le Pendən fərqli olaraq mən Putinin diktəsinə getməyəcəm. Bu, mənimlə xanım Le Pen arasındakı böyük fərqdir. Rusiya prezident ilə prioritetlərimiz və dəyərlərimiz fərqlidir”, – deyə Makron bildirib.
Xatırladaq ki, aprelin 23-də Fransada seçkilərin birinci turu keçirilib və 11 namizəd arasında Emmanuel Makron 24,01 faiz, onun əsas rəqibi Marin Le Pen isə 21,3 faiz səs toplayıb.
Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.
Gültəkin



