Beynəlxalq Enerji Agentliyinin İcraçı direktoru Fatih Birol,”Dünyada neft qiymətləri yüksələndə Amerikanın neft hasilatı artacaq. Bu da neft qiymətlərinə aşağı doğru təzyiq göstərəcək” deyib.
“Marja” xəbər verir ki, Amerikanın qaz ixracını daha çox mayeləşdirilmiş qaz (LNG) vasitəsilə reallaşdırdığını bildirən Birol, bu vəziyyətin istehsalçı və istehlakçı ölkələr ilə qlobal iqtisadiyyata ciddi təsirlərinin olacağını söyləyib.
Birol, neft qymətlərindəki artımın, ABŞ-da neft hasilatını xərc baxımından Yaxın Şərqin neft istehsalçıları ilə rəqabət apara biləcək səviyyəyə qaldırdığını dilə gətirərək, “Dünyada neft qiymətləri yüksələndə Amerikanın neft hasilatı artacaq. Bu da neft qiymətlərinin aşağı düşməsinə təzyiq edəcək. Bu vəziyyət neft qiymətlərinin sürətli bir şəkildə qalxmasına mane olacaq”, – şərhini edib
“ABŞ-ın neft və qaz hasilatı çox sürətli bir şəkildə irəliləyir. Çox yaxın bir zamanda ABŞ-ı mühüm neft və qaz istehsalçısı kimi görəcəyik” – Birol deyib.



