ÇL 1/2: İlk oyunda “Real” qalib gəldi

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsi start götürüb.

İlk oyun günündə Madrid derbisi baş tutub. “Real” öz meydanında “Atletiko”nu qəbul edib.

Son 3 ildə bu komandalar Çempionlar Liqasının finalında 2 dəfə üz-üzə gəliblər ki, hər iki halda da “Real” kuboku başı üzərinə qaldırıb.

Elə budəfə də qələbə “Real”ın olub. Het-trik etməklə gecəyə damğasını vuran Kriştiano Ronaldo “Kral klubu”nu finala yaxınlaşdırıb.

“Real” (İspaniya) – “Atletiko” (“İspaniya) – 3:0
Qollar: Ronaldo, 10; 73; 86