
Son vaxtlar AXCP üzvlərinə işdən çıxarmalarla başlanmış təzyiq davam edir. Partiyadan ötən gün daha iki cəbhəçi müəllimin işdən çıxarıldığını xəbər veriblər.
AXCP sədrinin müavini Gözəl Bayramlının yaydığı məlumata görə, AXCP Masallı şöbəsindən Cəlil İmanov tarix fənnindən dərs dediyi Hişkədərə kənd orta məktəbində işdən çıxarılıb. Onun da qarşısında “ya AXCP, ya iş” seçimi qoyulub və o, partiyadan istefa verməkdən imtina etdiyi üçün işdən çıxarılıb.

Gözəl Bayramlının verdiyi məlumata görə, Neftaçala müəllim işləyən AXCP fəalı Mirağa Musayev də etni vəziyyətlə üzləşib. O, AXCP-dən istefa vermədiyi üçün işlədiyi məktəbdə müəllimlikdən çıxarılıb.