“Mançester Siti” futbol üzrə İngiltərə çempionatının 26-cı turunun təxirə salınmış ev oyununda “Mançester Yunayted”lə 0:0-lıq heç-heçə edib.
Matçın 84-cü dəqiqəsində qonaqların 19 saniyə ərzində iki sarı kart almış yarımmüdafiəçisi Maruan Fellayni meydandan qovulub.
Hazırda “Mançester Siti” turnir cədvəlində 65 xal ilə 4-cü yerdə gedir, “Mançester Yunayted” 64 xal ilə bir pillə aşağıda qərarlaşıb.

Mançester derbisi heç-heçə başa çatıb
•
•